×
A
A
A
Sazlamalar

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib

Bakı, 20 aprel, AZƏRTAC

Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
AZƏRTAC-ın xəbərinə görə, bu barədə TƏBİB-in yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub: “Ünvanda həkiməqədər ölüm qeydə alınıb”.
Qeyd edək ki, C.Məmmədovun 70 yaşı var idi.

Cəmiyyət 2024-04-20 13:43:00