Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub
Astara, 20 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar keçirilən kompleks tədbirlərin davamı olaraq, aprelin 20-də Baş Prokurorluğun təşkilatçılığı ilə Astara rayonunda, Xəzər dənizinin sahilində təmizlik aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyada Baş Prokurorluğun, eləcə də Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı rayon prokurorluqlarının əməkdaşları, rayon ictimaiyyəti, Astara Pedaqoji Kollecinin və Astara Rayon Gənclər İdarəsinin könüllüləri də daxil olmaqla ümumilikdə 100-dən çox şəxs iştirak edib.
“Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” şüarı altında keçirilən aksiyanın əsas məqsədi ətraf mühitin sağlamlaşdırılması, dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dənizətrafı mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.
Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları tərəfindən 4 hektara yaxın sahil zolağı plastik və digər məişət tullantılarından təmizlənib, toplanmış tullantılar aidiyyəti üzrə təhvil verilib.
Qazaxda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan Beynəlxalq elmi simpozium keçirilib
Gəncə teatrının direktoru: Festivallar təcrübə mübadiləsi aparmaq üçün çox faydalıdır
Qaxda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var
IV Şəki Beynəlxalq Teatr Festivalı başa çatıb
Baş konsul: İğdır-Naxçıvan qaz kəmərinin tikintisi yekunlaşıb