Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar
Bakı, 20 aprel, AZƏRTAC
Ermənistanın Sərdərabad rayonunun Mehrablı kəndinin sakinləri suvarma suyunun qiymətinin baha olmasına etiraz olaraq Marqara-Böyük Qarakilsə yolunu bağlayıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Etirazçılar bağlarını suvarma suyunun qiymətinin çox baha olduğu üçün sulaya bilmədiklərini deyiblər. Yüzdən çox yerli sakin yolu bağlayaraq Ermənistan hökumətinin nümayəndələri ilə görüş tələb ediblər.
Sakinlərin sözlərinə görə, polis müdaxilə edərək danışıqlar aparmağa çalışıb, lakin etirazçılar yolu açmaq fikrində deyillər.
Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb
Milanda içki satışına bəzi qadağalar qoyulub
Vyetnamda qidadan 487 nəfər zəhərlənib
Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib
İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub