×
A
A
A
Sazlamalar

ABŞ qoşunlarını Nigerdən çıxarmağa razıdır

Bakı, 20 aprel, AZƏRTAC

ABŞ Dövlət katibinin müavini Kurt Kempbell Nigerin Baş naziri Əli Lamine Zeyn ilə görüşüb. Görüşdə Nigerin tələbinə əsasən, Amerika qoşunlarının ölkədən çıxarılması ilə bağlı razılıq əldə olunub.
AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, dövlət departamentinin rəsmisi yaxın günlərdə Müdafiə Nazirliyi ilə geri çəkilmə vaxtına dair danışıqlar aparılacağını bildirib.
Zeyn Vaşinqtonla tərəfdaşlığının davamlı olması üçün çalışacağını qeyd edib. ABŞ nümayəndəsi də ölkəsinin Nigerdə diplomatik mövcudluğu davam etdirəcəyini söyləyib.

Dünya 2024-04-20 11:27:00