Reabilitasiya Mərkəzinin uşaqları Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər
Qəbələ, 20 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Uşaq Reabilitasiya Mərkəzində müayinə və müalicə olunan uşaqlar valideynləri ilə birlikdə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda olublar.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə qoruğun direktoru Zahir Kərimov məlumat verib.
Qonaqlara Qəbələ Arxeoloji Ekspedisiyasının iştirakı ilə burada aparılmış arxeoloji qazıntılar, arxeoloqlar tərəfindən aşkarlanan tapıntılar barədə məlumat verilib.
Reabilitasiya Mərkəzində müayinə və müalicə olunan uşaqlar sonra Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla, Qəbələnin tarixi, etnoqrafiyası və folkloruna aid kitablar toplusu ilə tanış olub, SEBA Assosiasiyasının sifarişi ilə hazırlanan “Qafqaz Albaniyasının paytaxtı – Qəbələ” sənədli filmini izləyiblər.
Tədbir çərçivəsində uşaqlar şeirlər səsləndirib, fərqlənən ifaçılar mükafatlandırılıblar.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib
Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər
Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər
AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib