×
A
A
A
Sazlamalar

Ötən gün Xankəndi şəhərində 7 avtomat silahı və digər sursatlar aşkarlanaraq götürülüb

Bakı, 20 aprel, AZƏRTAC

Aprelin 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 tüfəng təhvil götürüblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Həmçinin polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində ötən gün Xankəndi şəhəri ərazisindən 7 müxtəlif markalı avtomat silahı, 1 tapança, 2 tüfəng, 6 qumbara, 5 alışdırıcı, 33 patron darağı, 1348 müxtəlif çaplı patron, 2 rabitə vasitəsi və digər sursatlar aşkarlanaraq götürülüb.

Cəmiyyət 2024-04-20 10:51:00