Premyer Liqa: “Qəbələ” “Qarabağ”ın, “Neftçi” “Zirə”nin qonağı olacaq
Bakı, 20 aprel, AZƏRTAC
Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun növbəti oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Qarabağ” doğma meydanda “Qəbələ” ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüş saat 16:30-da start götürəcək.
Günün digər matçında “Neftçi” “Zirə”nin qonağı olacaq. Zirə İdman Kompleksinin stadionunda reallaşacaq matç saat 19:00-da başlayacaq.
Qeyd edək ki, açılış oyununda ötən gün “Sumqayıt” “Turan Tovuz”a 4:1 hesabı ilə qalib gəlib.
Tura aprelin 21-də “Araz-Naxçıvan” - “Səbail”, “Kəpəz” – “Sabah” qarşılaşmaları ilə yekun vurulacaq.
Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə
Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə
Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib
"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar
Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb