×
A
A
A
Sazlamalar

Bu gün basketbol üzrə Azərbaycan Kubokunun sahibi bəlli olacaq

Bakı, 20 aprel, AZƏRTAC

Bu gün basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq.
AZƏRTAC xəbər verir ki, həlledici oyunda “Xəzri” və “Neftçi” komandaları üz-üzə gələcəklər. “Sərhədçi” İdman Mərkəzində keçiriləcək matç saat 15:00-da başlayacaq.
Xatırladaq ki, “Xəzri” yarımfinalda “NTD-İndiqo”nu, “Neftçi” isə “Sərhədçi”ni məğlub edərək finala vəsiqə qazanıb.

İdman 2024-04-20 10:20:00