×
A
A
A
Sazlamalar

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Bakı, 20 aprel, AZƏRTAC

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri Ruslan Həsənov və Elşən Manafov saxlanılıblar. Həmin şəxslərdən çəkisi 2 kiloqrama yaxın heroin və marixuana aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, araşdırmalar zamanı R.Həsənovun və E.Manafovun narkokuryerlik etdikləri, onlardan aşkarlanan narkotikləri qabaqcadan təyin olunan yerə çatdırmalı olduqları müəyyənləşib.
Araşdırmalar davam etdirilir.

Cəmiyyət 2024-04-20 08:06:00