Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib
Bakı, 20 aprel, AZƏRTAC
Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədlərin delimitasiyası üçün 1991-ci il Alma-Ata bəyannaməsini əsas tutaraq razılaşdıqlarını açıqlamalarını alqışlayırıq.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Entoni Blinken "X" sosial şəbəkə hesabında bildirib.
“Bu, dayanıqlı və ləyaqətli sülh sazişinin bağlanması yolunda mühüm addımdır", - deyə o qeyd edib.
Qeyd edək ki, ötən gün Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.
Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib
Norveçli səyyah: Azad olunmuş əraziləri ziyarət etmək bizim üçün çox maraqlı oldu
Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb MÜSAHİBƏ
Norveçli səyyahlar Laçında həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb