Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb
Bakı, 20 aprel, AZƏRTAC
İtaliyanın Kapri adası ilə Neapol arasında üzən bərə ötən gün Neapol limanının körpüsünə çırpılıb.
AZƏRTAC İtaliya mediasına istinadla xəbər verir ki, toqquşma nəticəsində 30-a yaxın insan yaralanıb. O cümlədən 21 nəfər üz-çənə travması ilə xəstəxanaya yerləşdirilib, onlardan biri ağır vəziyyətdədir.
İlkin ehtimallara görə, qəzaya səbəb “Isola di Procida” gəmisinın bağlanması zamanı küləyin əsməsi ola bilər. Gəmi doka çırpılıb və enməyə hazırlaşan bir çox insan yerə yıxılıb.
İtaliyanın “RAI” televiziyası bildirib ki, gəmidə bir neçə yüz sərnişin, o cümlədən bir çox xarici turist olub.
Hadisənin baş verdiyi Neapol limanındakı körpüdə yaralılara qulluq üçün təcili xəstəxana təşkil edilib.
Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib
Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər
Cənubi Koreya xaricdəki diplomatları üçün terror həyəcanı səviyyəsini yüksəldib