×
A
A
A
Sazlamalar

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Gəncə, 19 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) nəzdində fəaliyyət göstərən İdman və oyun klubunun təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" həsr olunmuş fakültələrarası futbol turnirinin final oyunu keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, final oyununda Torpaqşünaslıq və aqrokimya fakültəsi 6:3 hesabı ilə qalib gəlib.
Mühəndislik fakültəsinin binasında keçirilən mükafatlandırma mərasimində qalib komandaya kubok və sertifikatlar təqdim olunub.

Cəmiyyət 2024-04-19 22:51:00