Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib
Bakı, 19 aprel, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında Daşkəsən və Göygöl rayon sakinlərini qəbul edib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşdən əvvəl Z.Əliyev Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərindəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun iştirakı ilə keçirilən qəbulda müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll edilib. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.
XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək
Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib
Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib