Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib
Sumqayıt, 19 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Aprelin 19-da Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının binasında “Heydər Əliyev irsi” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə elm, ədəbiyyat, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən natiqlər Ulu Öndər Heydər Əliyev haqqında kitab yazmağın böyük məsuliyyət tələb etdiyini bildirib, kitabın müəllifi - YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyevanın bu vəzifənin öhdəsindən uğurla gəldiyini vurğulayıblar.
Zərifə Quliyeva kitabın ərsəyə gəlməsindən danışaraq, Heydər Əliyev irsinin Azərbaycan var olduqca həmişə dövlətimizin inkişaf yoluna işıq saçacağına əmin olduğunu vurğulayıb.
İsveçli rejissor Naxçıvanda film çəkəcək
Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar
Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır
Şuşada dini liderlərin görüşü keçirilib, şəhərlə tanışlıq olub YENİLƏNİB-3 VİDEO