×
A
A
A
Sazlamalar

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

Bakı,19 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2024-cü ilin ilk 3 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 35,4 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Xidmətin gördüyü tədbirlər nəticəsində müvafiq işəgötürənlər tərəfindən həmin vəsaitin işçilərə ödənilməsi təmin olunub.
Ödənilən vəsaitin 81 faizi əməkhaqları, qalan hissəsi sosial müavinət və kompensasiyalardan ibarət olub.
Bu ilin yanvar-mart aylarında 26 işçi ilə əmək müqavilələrinə qanunsuz xitam verildiyi də müəyyən edilib. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən tədbirlər nəticəsində həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin olunub.

Cəmiyyət 2024-04-19 17:28:00