Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
Bakı, 19 aprel, AZƏRTAC
“Milli Gimnastika Arenası çox böyükdür. Buranı ilk dəfə görəndə çox təəccübləndim. Əla atmosferə görə hər kəsə təşəkkür edirəm”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda iştirak edən fransalı idmançı Maelle Millet deyib.
O, Bakıdakı Dünya Kubokunun onun üçün yaxşı təcrübə olacağına inandığını bildirib: “Bugünkü çıxışım pis alınmadı. Düzdür, topla hərəkətlərdə bəzi səhvlərə yol verdim, lakin sonradan özümü toparladım. Bu yarış ən yaxşı tərəflərimi göstərmək üçün fürsətdir”.
İdmançının sözlərinə görə, bu, onun Bakıya ilk gəlişi deyil: “3 il öncə də burada olmuşdum. Paytaxtınız bu illər ərzində çox inkişaf edib. Bakının küçələrində gəzməyi çox xoşlayıram. Çox ecazkar və müasir şəhərdir. Buranı olduqca bəyəndim. Ümid edirəm ki, yenidən Bakıda keçiriləcək beynəlxalq turnirlərdə mübarizə aparmaq imkanım olar”.
Qeyd edək ki, bu gün start götürən Dünya Kubokuna aprelin 21-də yekun vurulacaq. Yarışda 41 ölkəni təmsil edən 116 idmançı iştirak edir.
Azərbaycan klubu amerikalı basketbolçu ilə müqavilə imzalayıb
“Neftçi” basketbol klubunun yeni baş məşqçisi: Uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm
Arif Əsədov: “Qarabağ”ın vurduğu ikinci qoldan sonra “Neftçi” ruhdan düşdü