×
A
A
A
Sazlamalar

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Ağcabədi, 19 aprel, Göyçək Mahmudlu, foto Tofiq Babayev, AZƏRTAC
“Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində 2010-cu ildən bu günədək Şirvan Milli Parkından Ağgöl Milli Parkının ərazisinə 26 baş ceyran fərdi reintroduksiya olunub və aparılan son sayılma prosesi zamanı parkda 87 baş ceyran qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.
Xidmət rəsmisinin sözlərinə görə, hazırkı vaxtda milli parkda balalama dövrünü yaşayan xeyli sayda dişi fərd müşahidə olunur: “Bu, çox sevindiricidir və o deməkdir ki, Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir”.

Cəmiyyət 2024-04-19 16:22:00