"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib
Bakı, 18 aprel, AZƏRTAC
Bu gün qadın voleybolçuların Yüksək Liqasında ikinci finalçı məlum olub.
AZƏRTAC xəbər verir ki, yarımfinalın sonuncu görüşündə "Murov Az Terminal" və "Abşeron" üz-üzə gəlib. Görüş birincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cütün ilk matçında ikincilər eyni hesabla qalib gəldiyi üçün "qızıl set" oynanılıb. Burada rəqibini 15:11 hesabı ilə üstələyən nominal qonaqlar finala vəsiqə qazanıblar.
Qeyd edək ki, "Abşeron" finalda "Gəncə"ni mübarizədən kənarlaşdıran "Azərreyl"lə qarşılaşacaq.
Azərbaycanın kişi voleybol yığması Qızıl Avropa Liqasının hazırlıqlarına başlayıb
AFFA-nın vitse-prezidenti: “Avro-2024”də Azərbaycanı ən yüksək səviyyədə təmsil etməyə çalışacağam
Azərbaycan çempionatının qalibi olmuş "Azərreyl" klubunun üzvləri ilə görüş keçirilib
Azərbaycan güləşçiləri son lisenziya turnirinə Bakıda hazırlaşırlar
Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb