Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycanın qadın şahmatçıları Yunanıstanın Rodos adasında baş tutacaq şəxsi Avropa çempionatına qatılacaqlar.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 35 ölkənin təmsil olunduğu yarışda ölkəmizi qitə birinciliyində Günay Məmmədzadə, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova və Səbinə Rzalı təmsil edəcəklər.
On turdan ibarət Avropa çempionatına aprelin 29-da yekun vurulacaq.
Xatırladaq ki, 2022-ci ildə Günay Məmmədzadə Avropa çempionatında gümüş, Ülviyyə Fətəliyeva isə bürünc medala layiq görülüb.
“Fənərbağça”nın sabiq baş məşqçisinin yeni klubu bəlli olub
“Kəpəz” yeni futbolçu transfer edib
Azərbaycanın fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb