Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir
Bakı, 18 aprel, AZƏRTAC
Çin Xarici İşlər Nazirliyi cümə axşamı ABŞ Dövlət katibi Antoni Blinkenin Çinə səfərini iki ölkə arasında qlobal ticarət, regional münaqişələr və Rusiya-Ukrayna müharibəsi ilə bağlı gərginliyin artması fonunda alqışlayıb.
AZƏRTAC “Politico” nəşrinə istinadla xəbər verir ki, Blinken aprelin 23-də Çinə dördgünlük səfərə yola düşəcək və orada Pekin-Moskva münasibətləri və Cənubi Çin dənizində Filippinə qarşı aqressiv hərəkətlər də daxil olmaqla, gərginliyin artması fonunda yüksək səviyyəli rəsmilərlə görüşəcək.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian ənənəvi brifinqdə deyib ki, Pekin ABŞ Dövlət katibi Blinkenin yaxın bir neçə gün ərzində Çinə səfərini alqışlayır.
Blinkenin səfəri çərşənbə günü ABŞ Prezidenti Co Baydenin Çinin metal məhsullarına rüsumların kəskin şəkildə artırılmasını tələb etməsindən sonra artan gərginlik fonunda baş tutacaq.
Çin XİN-in sözçüsü əlavə edib: “Prinsipial olaraq, biz ardıcıl surətdə Birləşmiş Ştatlardan ədalətli rəqabət prinsiplərinə, ÜTT-nin qaydalarına ciddi şəkildə hörmət etməyi və Çinə yönəlmiş ticarət proteksionist tədbirlərini dərhal dayandırmağı tələb etmişik”.
Fransada Olimpiadanın təşkili ilə bağlı məlumatlar olan daha bir noutbuk oğurlanıb
Sudanın əhalisi aclıqla üz-üzə qalıb
Ayaqlardan ürək çatışmazlığını təyin edən süni intellekt dəstəkli cihaz hazırlanıb
ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib