AQTA sədri ekspertlərə xəbərdarlıq edib
Bakı, 18 aprel, AZƏRTAC
Ümumiyyətlə, mediada araşdırılmamış, qeyri-peşəkar həddən artıq məlumat öz əksini tapmaqdadır. Bu gün səhər çox təsadüfən media orqanlarının birində Azərbaycan ərazisində satılan qida məhsullarının tərkibində müxtəlif gəmiricilərin, siçovul və ayı geninin olması haqqında absurd məlumatlar yayılıb.
AZƏRTAC xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Milli Məclisdə “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmədə deyib.
AQTA sədri qeyd edib ki, verilən istənilən məlumat peşəkar mənbəyə əsaslanmalıdır.
“Mən özüm uzun müddət molekulyar genetika ilə məşğul olmuşam. Bizim ekspertlərimiz nəinki Azərbaycanda, hətta Avropada molekulyar genetika ilə peşəkar səviyyədə məşğul olurlar. Molekulyar genetika mütərəqqi elmdir. Həmin ekspertlərdən molekulyar genetika elminin əleyhinə fikirləri dayandırmağı tələb edirəm. Əks halda, biz məcburuq ki, bu məsələyə hüquqi qiymət verilməsi məsələsini gündəmə gətirək. Hər hansı məhsulun özəl xüsusiyyətini qoruyub saxlamaq üçün başqa bir orqanizmin geni ona transfer olunur. Bu, sadəcə, bəlli məhsullarda həyata keçirilir. Bəzi məhsullar, məsələn çiyələk, albalı, heyva, qarpız kimi məhsullar ərzaq səbətinə daxil deyil. Dünya elmi ona vəsait ayırıb modifikasiya ilə məşğul olmur. Siçovulun, ayının hansı özəlliyi var ki, onu kartofun, pomidorun geninə transfer etsinlər”, - deyə Q.Təhməzli vurğulayıb.
Məişət zorakılığının qarşısının alınması ilə bağlı Qanuna dəyişikliklər edilib
“Məşğulluğa dəstək” layihəsi ilə bağlı Goranboy və Mingəçevirdə ictimai dinləmələr keçiriləcək
Miqrasiya Məcəlləsinə dəyişiklik edilir
Deputat: Orqan transplantasiyasında yeniliklərin icra edilməsi üçün müzakirələr aparılmalıdır