Bakıda “Disney”in məşhur animasiyalarının musiqi nömrələri səsləndiriləcək
Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 20-də Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında “RED EVENTS & Distribution ltd” musiqi layihəsi - “Mystery Ensemble”in növbəti konserti keçiriləcək.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsert proqramında “Disney” studiyasından olan məşhur animasiyaların təkrarolunmaz, maraqlı musiqi nömrələri ifa ediləcək.
Tədbirdə “Aslan Kral”, “Gözəl və Bədheybət”, “Bembi”, “101 dalmatyalı”, “Pinokyo”, “Yatmış gözəl”, “Ağca və yeddi cırtdan” və digər cizgi filmlərdən musiqilər səslənəcək.
Azərbaycan mədəni irsi Aşqabadda beynəlxalq festivalda təqdim olunub
Azərbaycan Qazaxıstanda beynəlxalq teatr festivalında təmsil olunacaq
Azərbaycanın Əməkdar artisti Türkiyədəki fəlakət zonasında konsert verib