Nazir: Lisey və gimnaziyaların sayının artırılması istiqamətində işlər aparılacaq
Bakı, 17 aprel, AZƏRTAC
2014-cü ildən başlayaraq təhsil sistemində olimpiadalara yeni yanaşma tətbiq olundu. Sonrakı mərhələdə istedadlı uşaqların müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirildi.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sabahın alimləri” XIII respublika müsabiqəsinin açılış mərasimində deyib. O, on ildən bəri müddət ərzində peşə təmayüllü lisey və gimnaziyaların fəaliyyəti üçün islahatlar aparıldığını söyləyib.
“Paytaxtla yanaşı, Gəncə, Quba, Mingəçevir, Lənkəran və Biləsuvarda peşə təmayüllü liseylərin yaradılması peşəkar kadrların yetişdirilməsinə kömək edir.
İslahatların 8-9-cu ilində bunun təhsil sistemi üçün uğurlu olduğunu gördük. Müsabiqə qalibləri dünyanın ən aparıcı universitetlərinə qəbul olublar. Təkcə ötən il 40 məktəblimiz dünyanın populyar universitetlərinə qəbul olub. Bu hələ ilkin mərhələdir və belə uşaqların sayı artacaq. Lisey və gimnaziyaların sayının artırılması istiqamətində işlər aparılacaq. Hədəfimiz hər bir bölgədə peşə təmayüllü liseylərin qurulmasıdır”, - deyə nazir vurğulayıb.
Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru BDU-da
Coğrafiya dərsliyinin məzmunu, quruluşu və tədrisi metodikasının xüsusiyyətləri – vebinar
Biologiya və coğrafiya üzrə respublika fənn olimpiadalarının yekun nəticələri elan edilib
Mediasiya Şurası BDU tələbələri ilə görüş keçirib
Ötən ay Şirvan-Salyan Regional Təhsil İdarəsinə 545 müraciət daxil olub