“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyaları keçirilib
Bakı, 17 aprel, AZƏRTAC
Prezident, Ali Baş Komandan İlham Əliyevin 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissələrində silsilə tədbirlər çərçivəsində ağacəkmə aksiyaları keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, hərbi qulluqçuların iştirakı etdiyi aksiyalarda təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq, yaşıllıqları artırmaq, ekoloji tarazlığın bərpasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək məqsədilə yeni yaşıllıqlar salınıb, hərbi hissələrin ərazilərində 15800 müxtəlif növ ağac və gül kolları əkilib, abadlıq işləri aparılıb.
Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma
Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər
Abşeron Milli Parkında ekoloji aksiya
Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib
Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib