×
A
A
A
Sazlamalar

Ukraynada yeni səfərbərlik qanunu mayın 18-də qüvvəyə minəcək

Bakı, 17 aprel, AZƏRTAC

Ukraynada səfərbərliklə bağlı yeni və daha sərt standartları özündə əks etdirən qanun bir ay sonra, mayın 18-də qüvvəyə minəcək.
AZƏRTAC xəbər verir ki, səfərbərliyin sərtləşdirilməsi ilə bağlı qanun aprelin 11-də Ali Rada tərəfindən ikinci və yekun oxunuşda qəbul edilib və aprelin 16-da Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən imzalanıb.
Sənədə əsasən, qanunun bir sıra müddəaları sonradan qüvvəyə minəcək. Nəqliyyatın səfərbər edilməsinin mümkünlüyü ilə bağlı maddə səkkiz aydan sonra, yəni yanvarın 18-dən tətbiq olunmağa başlayacaq.
Qanun qüvvəyə mindikdən sonra 60 gün ərzində hərbi xidmətə cəlb olunan şəxslər və çağırışçılar, o cümlədən xaricdə olanlar öz məlumatlarını ərazi çağırış məntəqələrində yeniləməlidir.

Dünya 2024-04-17 12:21:00