Bakıda Beynəlxalq Caz Günü qeyd ediləcək
Bakı, 17 aprel, AZƏRTAC
Hər il aprelin 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd edilir. 2012-ci ildə UNESCO tərəfindən elan edilən bu gün dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır. Dünyada Azərbaycan cazının da özünəməxsus yeri var.
AZƏRTAC xəbər verir ki, aprelin 28-dən 30-dək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşəbbüsü və təşkilatçılığı, ADA Universitetinin eləcə də Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Baku International Jazz Day - Bakı Beynəlxalq Caz Günü silsiləsi keçiriləcək.
Bu il beynəlxalq caz hadisəsinə müxtəlif mədəniyyət icmaları, təhsil müəssisələri, konsert müəssisələri və dövlət qurumları qatılacaq.
Filarmoniyada Ümummilli Liderin xatirəsinə həsr olunan anım gecəsi
Musiqili Teatrda “İnanıram” monotamaşası təqdim olunacaq
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşıb
Mədəniyyət Nazirliyinin kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlanıb