×
A
A
A
Sazlamalar

® “Gardashlar Mebel” Azərbaycana metal mebel idxalına qarşı yerli istehsala çağırış edir

Azərbaycanda son illər metal mebel idxalında böyük artım müşahidə olunur. Təkcə 2023-cü ildə ölkəyə idxal edilən metal mebellərin dəyəri 5 milyon manatı ötüb. Biz metal mebel istehsalçıları olaraq, istehlakçılara yerli metal mebellərdən faydalanmalarını təklif edirik. İnanırıq ki, bu addım Azərbaycanın iqtisadi müstəqilliyinə və yerli sənayenin inkişafına dəstək olacaq. “Gardashlar Mebel” olaraq sifarişçiləri bu addımın müsbət təsirlərini görmək üçün birlikdə hərəkət etməyə dəvət edirik.

Yerli istehsalın təşviqi Azərbaycan iqtisadiyyatına çoxlu faydalar gətirə bilər. Bunlara yerli iş imkanlarının, vergi daxilolmalarının artırılması, xarici ticarət balansının yaxşılaşdırılması və iqtisadi sabitliyin möhkəmləndirilməsi daxildir.
“Gardashlar Mebel” olaraq Azərbaycanın metal mebel idxalına qarşı yerli istehsalın əhəmiyyətini vurğulamaq istərdik. Eyni zamanda, fabrikimizdə metal mebel istehsalı üzrə ixtisaslaşmış bir komandanın olması ilə yerli istehsalın gücünü önə çıxarmaq bizim üçün qürurdur. Metal masalar, şkaflar, anbar stellajları, tullantı qabları, iş dəzgahları, hərəkətli fayl dolabları, odadavamlı seyflər, qapılar və s. metal mebel məhsullarımız var. Müasir dizayn yanaşmamız, erqonomik xüsusiyyətlərimiz və davamlı materiallarla müştərilərimizə həm estetik, həm də praktik həllər təqdim edirik. Fabrikimiz metal mebel istehsalı üzrə müasir avadanlıqlarla təchiz edilib. Təcrübəli komanda və texnologiyaya sərmayə qoyaraq yüksəkkeyfiyyətli metal mebel istehsalını təmin edirik. Hər mərhələdə keyfiyyətə nəzarət edərək müştərilərimizə etibarlı və davamlı məhsullar təqdim etməyi hədəfləyirik.
Çağırışımızın məqsədi yerli istehsalın və metal mebel sənayesinin inkişafına töhfə verməkdir. Sizlərlə birgə əməkdaşlıq və tərəfdaşlıq imkanları vasitəsilə güclü gələcək qurmağı səbirsizliklə gözləyirik.

İqtisadiyyat 2024-04-17 11:00:00