×
A
A
A
Sazlamalar

Ötən gün 10 kiloqramdan çox narkotik vasitə aşkar olunub

Bakı, 17 aprel, AZƏRTAC

Aprelin 16-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,3 kiloqramdan artıq heroin, 7,7 kiloqrama yaxın marixuana, 640 qramdan çox metamfetamin, həmçinin 302 metadon həbi olub.
Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Cəmiyyət 2024-04-17 10:23:00