Muzey Mərkəzində kulturoloq Elmir Mirzəyevin mühazirəsi keçiriləcək
Bakı, 17 aprel, AZƏRTAC
Bakı Müasir Musiqi Cəmiyyəti və Muzey Mərkəzi aprelin 19-da saat 16:00-da Muzey Mərkəzində bəstəkar, musiqişünas və kulturoloq Elmir Mirzəyevin “İqor Stravinskinin “Toy"u və rus musiqisinin arxetip başlanğıcı” adlı mühazirəsini keçirəcək.
AZƏRTAC xəbər verir ki, İ.Stravinskinin “Toy” əsəri onun “rus dövrü”nə yekun vuran ən maraqlı əsərlərindən biridir. Partitura bəstəkarın uzun müddət yaradıcılıq dostu olmuş Sergey Pavloviç Dyaqilyova həsr olunub. “Həyatımın salnaməsi” əsərində Stravinski “Toy”u balet adlandırsa da, xoreoqrafik hərəkət tamamilə şəxsiləşdirilməyib və tamamilə Kürəkən, Gəlin, Kürəkənin anası və Dostunu təmsil edən personajların şərti xarakterini təsvir edib. “Toy”un premyerası 1923-cü il iyunun 13-də Parisin Qyete-Lirik Teatrında baş tutub.
Elmir Mirzəyev Stravinskinin “Toy” əsərinin nümunəsində Nikolay Rimski-Korsakov, Sergey Raxmaninov, Sergey Prokofyevin əsərlərinə toxunacaq. Mühazirə zamanı şairlər Vyaçeslav İvanov, Konstantin Balmont, Valeri Bryusov, Nikolay Qumilyov, Velimir Xlebnikov, Aleksandr Blok və Marina Tsvetaevadan da bəhs ediləcək. E.Mirzəyev estetik düşüncəsi ilə vizual yaradıcılıq və rəqs sənətində bəzi “ahənglər” yaratmaqla, “Gümüş dövrü”nun ümumi tendensiyasını ifadə edən “Skiflər” ədəbi birliyinə nəzər salacaq.
O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bəstəkar ixtisası üzrə bitirib. Tələbəlik illərində beynəlxalq proqramlarda, ustad dərslərində, seminar və kurslarda fəal iştirak edib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Köln Konservatoriyasında dərs deyib, Gürcüstan, Çexiya, Özbəkistan və Türkiyə kimi ölkələrdə mühazirələr oxuyub. 1995-ci ildə qurulan və postsovet dövründə ilk müasir musiqi kollektivi olan “SoNoR” ansamblının bədii rəhbəri olub.
Professor Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabının təqdimetmə mərasimi keçirilib
“Dövlətin memarı. Bir ömrün ensiklopediyası” adlı triptix-xalça sərgilənib
Xalq şairi Hüseyn Arifin anadan olmasının 100 illiyi qeyd olunub
“Şimalda kino günləri” layihəsi başa çatıb
Sənət və ədəbiyyatın harmoniyasını nümayiş etdirən sərgi - Səttarın Füzulisi VİDEO