×
A
A
A
Sazlamalar

Gürcüstanın xarici ticarət dövriyyəsi 6,5 faiz azalıb

Tbilisi, 16 aprel, AZƏRTAC

Bu ilin yanvar-mart ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi 4,7 milyard ABŞ dolları təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Gürcüstan Milli Statistika Xidmətinin hesabatında yer alıb.
Bildirilir ki, hesabat dövründə ölkəyə ötən ilin yanvar-mart aylarına nisbətən 5,3 faiz az - 3,4 milyard dollar dəyərində məhsul idxal olunub.
İxracın həcmi isə 9,3 faiz azalaraq 1,3 milyard dollar təşkil edib.
Beləliklə, Gürcüstanın xarici ticarət dövriyyəsində təxminən 2 milyard dollar həcmində mənfi saldo yaranıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2024-04-16 14:09:00