×
A
A
A
Sazlamalar

“Sabahın alimləri” XIII respublika müsabiqəsi başlanır

Bakı, 16 aprel, AZƏRTAC

Aprelin 17-dən “Sabahın alimləri” XIII respublika müsabiqəsinə start verilir.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, IX-XI sinif şagirdləri 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə layihələrini müsabiqəyə təqdim edəcəklər.
Müsabiqə 3 gün davam edəcək.

Elm və təhsil 2024-04-16 11:59:00