“Zirə” klubunun sabiq futbolçusu vəfat edib
Bakı, 16 aprel, AZƏRTAC
“Zirə”nin sabiq futbolçusu Jozef Bum vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
“Keçmiş oyunçumuzun vaxtsız vəfatından kədərləndiyimizi bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyirik. Allah rəhmət eləsin!”, məlumatda bildirilib.
35 yaşında dünyasını dəyişən kamerunlu müdafiəçinin ölüm səbəbi açıqlanmayıb. Lakin ilkin ehtimallara görə, o, ürəktutmasından vəfat edib.
Qeyd edək ki, Jozef Bum 2017/2018-ci illər mövsümündə “Zirə”nin formasını geyinib.
Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm
"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb
"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar
Qızıl medal qazanan avarçəkən: Növbəti yarışlarda da birinci olmağa çalışacağam