"Paris-2024"ə lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
Bakı, 16 aprel, AZƏRTAC
Honkonqda təşkil olunan Təsnifat Turnirinin qalibi olaraq "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Vətənə dönüb.
AZƏRTAC xəbər verir ki, yığmanı Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyətinin nümayəndələri, azarkeşlər, media mənsubları və idmançıların yaxınları qarşılayıblar.
Qeyd edək ki, Azərbaycan millisi Təsnifat Turnirinin B qrupunda Çili və Monqolustanı məğlub edib. Komanda son oyunda Niderlanda uduzsa da, yarımfinala vəsiqə qazanıb. Yığma 1/2 finalda Macarıstana, finalda isə Polşaya qalib gələrək Paris Olimpiadasında iştirak hüququ əldə edib.
Bununla da ölkəmiz ilk dəfə Olimpiya Oyunlarında komanda idman növündə təmsil olunacaq.
"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar
Qızıl medal qazanan avarçəkən: Növbəti yarışlarda da birinci olmağa çalışacağam
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb
Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə
Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə