×
A
A
A
Sazlamalar

Çempionlar Liqası: “Barselona” PSJ-ni, “Borussiya” “Atletiko Madrid”i qəbul edəcək

Bakı, 16 aprel, AZƏRTAC

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İspaniya “Barselona”sı səfərdə qalib gəldiyi Fransa PSJ-sini qəbul edəcək. Digər matçda isə İspaniyanın “Atletiko Madrid” klubu Almaniyada Dortmund “Borussiya”sının qonağı olacaq. Madrid təmsilçisi evdəki ilk oyunda 2:1 hesablı qələbə qazanıb.

UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
16 aprel

23:00. “Barselona” (İspaniya) – PSJ (Fransa)
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Barselona, Olimpiya stadionu
İlk oyun – 3:2

23:00. “Borussiya” (Dortmund, Almaniya) – “Atletiko Madrid” (İspaniya)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Dortmund, “Siqnal İduna Park” stadionu
İlk oyun – 1:2

Qeyd edək ki, bu raundun digər iki cavab görüşü aprelin 17-də keçiriləcək.

İdman 2024-04-16 10:41:00