Yaponiya sahillərində zəlzələ baş verib
Bakı, 16 aprel, AZƏRTAC
Yaponiya sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri Kyuşu adasındakı Nişinomote şəhərindən 157 km cənub-şərqdə yerləşib.
Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Berlində ifrat sağa qarşı etiraz aksiyasında 30 min nəfər iştirak edib
Xəzər dənizinin qırmızı rəngə boyanmasının səbəbi açıqlanıb
Gənc musiqiçi Olli 75-ci “Sanremo” festivalının qalibi olub
Münxendə avtomobillə hücum nəticəsində xəsarət alanlardan ikisi ölüb