Avropa çempionatında qızıl medal qazanan Azərbaycan boksçuları Vətənə qayıdıblar
Bakı, 16 aprel, AZƏRTAC
Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən Avropa çempionatında uğurlu çıxış edən Azərbaycan boksçuları Vətənə qayıdıblar.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyətinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları iştirak ediblər.
Milli komanda qitə birinciliyini iki qızıl medalla başa vurub. Yığmanın heyətində Bilalhəbaşi Nəzərov (48 kiloqram) və Ömər Aslanlı (54 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Akademiyanın bir qrup tələbəsi və əməkdaşı “Erasmus+” proqramında iştirak edəcək
Bu gün Azərbaycanın ən güclü şahmatçıları bəlli olacaq
Misli Premyer Liqası: XXIII tura Sumqayıtda start veriləcək
Riçard Almeyda Braziliya klubuna keçib
Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti İdman Akademiyasında təlim keçir