Şirvanda Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr olunan sərgi açılıb
Şirvan, 15 aprel , Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərdəki Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən xəbər görə, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin, YAP Şirvan şəhər təşkilatının rəhbərliyi, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, tibb işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb. Sonra Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr olunan sərgiyə baxış keçirilib. Sərgi ilə tanışlıqdan sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, qayğıkeş həkim, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıb. Dövrün zəngin ədəbi mühitində boya-başa çatan Zərifə xanımın Azərbaycan ziyalısının ən gözəl nümunələrini təcəssüm etdirdiyi, Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirdiyi vurğulanıb. Həmçinin gənc alim və müəllimlərin, həkim oftalmoloqların yetişməsində, çoxsaylı elmi tədqiqatların, məqalə və monoqrafiyaların hazırlanmasında Zərifə xanımın böyük xidmətləri olduğu qeyd edilib.
Onun şərəfli adının xalqımızın qəlbində əbədi yaşayacağı diqqətə çatdırılıb.
Sonra YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan şəhər 21 nömrəli tam orta məktəbin direktoru Səadət Quliyeva çıxış edərək, Azərbaycan xalqının görkəmli simalarından olan Zərifə xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıblar. Onun şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu söyləyiblər.
İmişlidə Pasxa bayramı qeyd edilib VİDEO
Beynəlxalq riyaziyyat müsabiqəsində şimal bölgəsindən 3 minə yaxın şagird iştirak edib
Pasxa bayramı münasibətilə Lənkəranda mərasim təşkil olunub VİDEO
Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Pasxa bayramı qeyd olunub
Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər