Amerika Yazıçılar Gildiyasının mükafatı təqdim edilib
Bakı, 15 aprel, AZƏRTAC
Nyu-York və Los-Ancelesdə Amerika Yazıçılar Gildiyasının (Writers Guild of America) mükafatı təqdim edilib. “Tərk edilmişlər”, “Amerikasayağı qiraət” və “Varislər” filmləri mükafatın laureatı olub.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, “Ayı” televiziya sahəsində ən yaxşı komediya serialı, “Varislər” isə ən yaxşı dramatik serial seçilib. “Bəzilərimiz” əsəri “yeni serial üçün ən yaxşı ssenari”, “Didişmə” isə “ən yaxşı mini serial” mükafatını qazanıb.
Bu il VGA mükafatı, Hollivuddakı tətillər ucbatından aprel ayına təxirə salınıb, sözügedən nümayişlərin əsas iştirakçıları məhz yazıçılar olub.
Amerika Yazıçılar Gildiyasının bu mükafatı, gildiya tərəfindən filmlər üçün ən yaxşı ssenariyə görə verilən üç kateqoriyadan biri sayılır.
Kiyevə ballistik raket hücumlarının fəsadları – AZƏRTAC hadisə yerindən xəbər verir VİDEO
Türkiyə ordusu Suriya və İraqın şimalında 21 terrorçunu məhv edib
Serdar Ünsal: Qanlı Yanvar cinayətini törədənlərin məsuliyyətə cəlbetmə müddəti yoxdur
Blinkenin jurnalisti mətbuat konfransından zorla uzaqlaşdırması sərt tənqid edilir