×
A
A
A
Sazlamalar

Britaniyanın Baş naziri İran və İsraili təmkinli olmağa çağırıb

London, 15 aprel, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Britaniya Parlamentində çıxış edib.
AZƏRTAC xəbər verir ki, o çıxışında İranın İsrailə raket hücumundan danışıb və hər iki ölkəni təmkinli olmağa çağırıb.
Baş nazir təhlükəsizlik və sabitliyin Böyük Britaniya üçün önəminə toxunub və Britaniyanın İsrailin yanında olduğunu bildirib. O, məsələni müzakirə etmək üçün qısa müddətdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışacağını da qeyd edib.
Baş nazir deyib ki, Böyük Britaniya İranın İsrailə yönəltdiyi bir sıra dronları məhv edib və ABŞ-ın rəhbərlik etdiyi əməliyyat zamanı vacib kəşfiyyat nəzarəti və dəstəyi verib.
İranın nüvə proqramı ilə bağlı da açıqlama verən Rişi Sunak bildirib ki, bu, heç vaxt indiki qədər inkişaf etməmişdir. Baş nazir İranın nüvə proqramının beynəlxalq sülh və təhlükəsizliyi təhdid etdiyini deyib: “İranın nüvə silahı yaratmamasını təmin etmək üçün mövcud olan bütün diplomatik vasitələrdən istifadə edəcəyik və buna sanksiyaların bərpası da daxildir”.

 

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

 

Dünya 2024-04-15 22:20:00