Praqada azərbaycanlı müəllifin əsərinin premyerası keçirilib
Praqa, 15 aprel, AZƏRTAC
Praqanın mərkəzində yerləşən “Divadlo D21“ teatrında “Sevginin iştahası böyükdür” (“U lyubvi appretit piranyi”) tamaşasının premyerası keçirilib.
AZƏRTAC xəbər verir ki, tamaşanın müəllifləri – Çexiyada yaşayan həmvətənimiz, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Leyla Begim və ssenarist-dramaturq Yefim Abramovdur. Tamaşanın rejissoru Praqada yerləşən “Bir Şairin Teatrı”nın direktoru Oleq Ovçarovdur.
Azərbaycanın Çexiyadakı səfirliyinin, diaspor üzvlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən premyera teatrsevərlərin böyük marağına səbəb olub.
Qeyd edək ki, Leyla Begimin ssenari müəllifi və rejissor qismində daha bir layihəsi “Olmaq, yoxsa olmaq?” qısametrajlı filmi Nyu-York – İstanbul Qısametrajlı Filmlər Beynəlxalq Festivalının qalibi olub. Praqa və Bakı şəhərlərində lentə alınmış film, həmçinin “Prague International Film Awards” və “Roma Prisma Film Awards” festivallarının final mərhələlərinə nominasiya alıb. “Prague International Film Awards” festivalının final mərhələsi aprelin 26-da keçiriləcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür
Bakıda rus bəstəkarın 180 illiyi qeyd ediləcək
Fransanın tanınmış aşpazı kitabında Azərbaycan mətbəxindən reseptlər təqdim edib
“Füzuli günləri” layihəsi çərçivəsində konsert olub
Türkiyənin İzmir və İstanbul şəhərlərində “Azərbaycan mədəniyyət və sənət günləri” keçiriləcək