×
A
A
A
Sazlamalar

Xəzər və Binəqədi rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bakı, 15 aprel, AZƏRTAC

Aprelin 16-da saat 10:00-dan Pirallahı rayonunun Süleyman Bağırov küçəsində yerləşən 48 saylı yaşayış binasına çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması və saat 09:30-dan Binəqədi rayonunun Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsində COP29 proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə qaz təchizatı dayandırılacaq.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Süleyman Bağırov, Səməd Vurğun küçələrinin və 39\40-cı məhəllənin, eləcə də Binəqədi rayonunun Biləcəri qəsəbəsinin Məlik Aslanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

İqtisadiyyat 2024-04-15 20:10:00