Malatyaya göndərilən növbəti humanitar yardım ünvanına çatıb
Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) göndərdiyi humanitar yardım Türkiyənin zəlzələdən ən çox zərər görmüş bölgələrindən olan Malatyaya çatıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, humanitar yardımın AFAD Vilayət Müdirliyində qarşılanma mərasimi keçirilib.
Mərasimdə çıxış edən Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev bildirib ki, Azərbaycan dövləti hər zaman qardaş Türkiyənin yanında olmaqdan məmnundur. O, Türkiyənin bir daha belə fəlakətlə üzləşməməsini arzulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bütün qurumlar zəlzələnin baş verdiyi saatlardan etibarən qardaş Türkiyəyə yardım əlini uzadıb. Bu qurumlardan biri də Azərbaycan Diasporuna Dəstək Fondu olub. Valeh Hacıyev bundan əvvəl də Hataya, Kahramanmaraşa humanitar yardım göndərildiyini diqqətə çatdırıb.
Tədbirdə qardaş Türkiyənin həmişə yanında olduğuna görə Prezident İlham Əliyevə, Azərbaycan xalqına xüsusi təşəkkür ifadə edilib. Bu yardımın Ramazan bayramı ərəfəsində göndərilməsinin önəmi xüsusi vurğulanıb. Hər iki dövlətin tarixin ən mürəkkəb dövrlərində bir-birinə dəstəklərini qəti şəkildə nümayiş etdirdiyi mərasim iştirakçılarının diqqətinə çatdırılıb.
Daha sonra içərisində ərzaq məhsulları olan TIR-dakı 2000 qutu yardım təhvil verilib.
Dövlət Komitəsi: 85 ölkədən 1000-ə yaxın soydaşımızın iştirakı ilə videokonfrans keçirilib
Daha 7 məsələ parlamentin plenar iclasına tövsiyə edilib
Bakıxanov qəsəbəsində lavaş emalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi müəyyən olunub
AQTA sədri sahibkarların müraciətlərini dinləyib
Polis Abşeronda əməliyyat keçirib: axtarışda olan 11 nəfər saxlanılıb VİDEO