AzTU nümayəndə heyəti Moldovada beynəlxalq konfransda iştirak edib
Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu, Avropa İttifaqının maliyyələşdirdiyi “Erasmus+KA2” proqramı çərçivəsində “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) üzrə Moldovada növbəti beynəlxalq konfrans və idarəetmə heyətinin görüşü keçirilib.
Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib. Bildirilib ki, tədbir İtaliya, İspaniya, Avstriya, Polşa Macarıstan, Litva, Moldova, Azərbaycan və Ukraynadan olan tərəfdaş təşkilatların nümayəndələrinin iştirakı ilə təşkil olunub. Beynəlxalq konfransa Moldovanın Komrat Dövlət Universiteti və Moldova Texniki Universiteti ev sahibliyi edib.
Konfransda AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov, beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov, Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq layihələr qrupunun rəhbəri Mətanət Paşayeva, Tədqiqat və inkişaf şöbəsinin müdiri Bəxtiyar Bədəlov, Doktorantura və magistratura şöbəsinin müdiri Şahin Maşayev iştirak ediblər.
Görüşdə Avropa tərəfdaşları tərəfindən kənd təsərrüfatında informasiya texnologiyalarının tətbiqi, Avstriyada Klaster İnnovasiya Ferması, təlim modullarının yaradılması təcrübəsi, kənd təsərrüfatı üzrə bilik və innovasiya sistemi, qida sektorunda klasterlər mövzularında təqdimatlar edilib və modellər üzərindən tətbiqi müzakirə aparılıb. Səfər çərçivəsində orqanik süd məhsulları istehsal edən qabaqcıl təsərrüfatlara baxış keçirilib və innovativ tətbiqlər öyrənilib.
İdarəetmə heyətinin görüşü ilə davam edən səfərdə layihənin əsas komponentləri üzrə açıq qalan məsələlər müzakirə olunub, növbəti görüşün keçirilmə vaxtı razılaşdırılıb.
Sonda layihə üzrə yekun konfransın Azərbaycanda keçirilməsi üçün təşkilatı məsələlər müzakirə edilib.
ADNSU-da “Nəzəriyyədən təcrübəyə-2024” adlı qida sərgisi təşkil olunub
® “Azercell” “Tələbələrin Akselerasiya Proqramı” üzrə layihə tərəfdaşı qismində çıxış edir
Milli Aviasiya Akademiyasında Elmi şuranın iclası keçirilib
bp Azərbaycan dilində “Uşaqlar üçün yaşıl biliklər” kitabının təqdimatını keçirib
Vətən Müharibəsi Qəhrəmanı Raqif İsrayılov “Məktəbdə...” layihəsinin qonağı olub