Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün maarifləndirmə tədbirləri keçirib
Bakı, 15 aprel, AZƏRTAC
Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı ilə 5 və 9 nömrəli tam orta məktəblərdə maarifləndirmə tədbirləri keçirilib.
RİNN-dən AZƏRTAC-a bildirilib ki, tədbirlərin keçirilməsində məqsəd məktəblilərin kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi, onların kibergigiyena qaydaları və onlayn mühitdə təhlükəsizlik qaydaları haqqında məlumatlandırılması olub.
Ümumilikdə 188 şagirdin iştirak etdiyi tədbirlərdə ETX-nin əməkdaşı “Uşaqlar üçün kibertəhlükəsizlik qaydaları”, “Fərdi məlumatların mühafizəsi”, “Şifrə təhlükəsizliyi”, “Sosial mediadan istifadə qaydaları” mövzularında çıxış edərək məktəblilərə kibertəhlükələrdən qorunmaqla bağlı faydalı məlumatlar verib.
Son 10 ildə Orta Dəhlizlə daşınan avtotexnika və vaqon sayı iki dəfədən çox artıb
Bakı metrosunun iş vaxtı 1 saat uzadılacaq
İran və Azərbaycan tranzit yükdaşımaların həcminin 15 milyon tona çatdırılması barədə razılaşıb
AMB və BVF maliyyə sektorunun inkişafı məsələlərini müzakirə edib