×
A
A
A
Sazlamalar

Fransa İsrail ordusunun səsləndirdiyi məlumata düzəliş edib

Paris, 15 aprel, AZƏRTAC
İordaniyanın istəyi ilə şənbə gecəsi ciddi mühafizə və müdafiədə müdaxiləmiz oldu.
AZƏRTAC xəbər verir ki, bu fikri E.Makron aprelin 13-dən 14-nə keçən gecə İranın hava hücumundan müdafiə olunmaqda Fransanın iştirakı ilə bağlı İsrail ordusunun məlumatına düzəliş edərək deyib.
“İordaniyada hava bazalarımız var... İordaniyanın hava məkanı bu hücumla pozulub. Təyyarələrimizi havaya qaldırdıq və dayandırmalı olduqlarımızı dayandıraraq qarşısını aldıq”, -deyə Fransa prezidenti BFM/RMC televiziyasına müsahibəsində vurğulayıb. Onun sözlərinə görə, İordaniyanın tələbi ilə şənbə gecəsi Fransanın ciddi mühafizə və müdafiədə müdaxiləsi olub. Fransa H5 hava bazası ilə İordaniyada on ildir ki, mövcuddur.
Sabiq Baş nazir D.Vilpən isə yerli televiziyaya müsahibəsində bildirib ki, Fransa İsrail-İran qarşıdurmasında iştirakçı tərəf olmaq məcburiyyətində deyil. Bu regionda Fransanın təsiri getdikcə azalır. İranı təcrid etmək və İsraili qisas almamağa inandırmaq Fransa və Qərbin müəyyən etdiyi xətdir.

Dünya 2024-04-15 17:56:00