“Barselona”nın futbolçusu: Xəyallarımın komandasında olduğuma görə xoşbəxtəm
Bakı, 15 aprel, AZƏRTAC
“Xəyallarımın komandasında olduğuma görə xoşbəxtəm”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Barselona”nın yarımmüdafiəçisi Pedri deyib. 22 yaşlı futbolçu Kataloniya klubunu sevdiyini də bildirib: “Burada mənim üçün hər şey idealdır. Heç nədən narahat deyiləm. “Barselona” rəhbərliyi verdiyi bütün sözləri reallaşdırır. Komanda daxilində mənə böyük dəstək var. Xəyallarımın komandasında olduğuma görə xoşbəxtəm”.
O, bu mövsüm “Barselona”nın heyətində ümumilikdə 26 matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Pedri 2019-cu ildən İspaniya nəhənginin formasını geyinir.
Fərid Qayıbov: Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik
Rumıniya təmsilçisi: Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb
“Qarabağ” və “Turan Tovuz” azarkeşlərinə, “Sumqayıt” kənar şəxslərə görə cərimələnib
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib VİDEO