×
A
A
A
Sazlamalar

Rafael Nadal Barselonada keçiriləcək turnirdə iştirakını təsdiqləyib

Bakı, 15 aprel, AZƏRTAC
İspaniyanın tanınmış tennisçisi Rafael Nadal Barselona şəhərində keçiriləcək “ATP-500” turnirində mübarizə aparacağını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, 38 yaşlı idmançı bu barədə İspaniya mətbuatına açıqlamasında deyib.
“Buraya gəldim və qərarımı son dəqiqəyə buraxdım, çünki oynaya biləcəyimi bilmirdim. Mənim üçün Barselonada oynamaq imkanı bir şansdır. Bu ili karyeramın son ili kimi görürəm və hər andan həzz almaq niyyətindəyəm" , - deyə o bildirib.
Rafael Nadal Barselonada keçiriləcək turnirin ilk tur matçında İtaliya təmsilçisi Flavio Kobolli (ATP reytinqində 62-ci) ilə qarşılaşacaq. Yarış aprelin 16-dan 21-dək davam edəcək.

İdman 2024-04-15 17:41:00