×
A
A
A
Sazlamalar

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başlanır

Bakı, 15 aprel, AZƏRTAC

Aprelin 17-dən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılacaq.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqə qaydalarına əsasən, vakansiya seçimi ilk olaraq şəhid ailələrinin üzvləri üçün aktivləşdiriləcək.
İlkin vakansiya seçimi aprelin 19-u saat 11:00-dək davam edəcək.
Növbəti mərhələdə isə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Elm və təhsil 2024-04-15 17:39:00