Qırğız parlamentinin sədri uşaqlara ərəb adları qoymaqdan imtina etməyə çağırıb
Bakı, 15 aprel, AZƏRTAC
Qırğız Joqorku Keneşinin (parlamentinin) spikeri Nurlanbek Şakirov ölkədə cizgi filmlərinin xarici dildə göstərilməsini qadağan etməyə və yeni doğulan körpələrə ərəb deyil, milli adlar qoymağa çağırıb.
AZƏRTAC rəsmi Kabar agentliyinə istinadla xəbər verir ki, parlamentin spikeri son illər ərəb adlarının dəbdə olduğunu qeyd edib və onların türk mənşəli Elmırza, Uluqbek, Bakıt, Çolpon, Nurbek, Akılbek kimi adlarla əvəz edilməsinin məqsədəuyğun olduğunu deyib. O əlavə edib: “Məsələn, biz ərəb kəlməsi olan “halal” əvəzinə “adal” sözündən istifadə edə bilərik. Əgər uşaqlara qırğız adları qoymasaq, təkcə dilimizi itirməyəcəyik, həm də milli adlarımız yox olacaq. Bu, çox mənfi tendensiyadır”.
Spiker vurğulayıb ki, hətta ucqar kəndlərdə belə rus dilində cizgi filmlərinə baxan azyaşlılar qırğız dilində danışmırlar. Parlamentin sədri vurğulayıb: “Ona görə də Nazirlər Kabineti ən qısa müddətdə uşaqlar üçün maraqlı olan mətnlərin və filmlərin qırğız dilində yayımlanması istiqamətində konkret addımlar atmalı, lazım gələrsə, hətta azyaşlıların seyr etdikləri videomaterialların başqa dillərdə təqdim edilməsini qadağan etməlidir. Əgər indi dilimizi qoruyub saxlaya bilməsək, 10-15 ildən sonra onu tamamilə itirə bilərik. Bu, çox vacib və böyük diqqət tələb edən məsələdir”.
Barəsində hökm çıxarılan Türkiyənin Van bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb
Serbiyada milli bayram – Dövlətçilik Günü qeyd olunur
Rusiyanın Altay regionunda 6,4 maqnitudalı zəlzələ olub
İtaliyada “Amazon” şirkətinin fəaliyyəti yoxlanılır
Yaşlılarda yıxılma riskinin proqnozlaşdırılması üçün sadə test tövsiyə olunur