×
A
A
A
Sazlamalar

Yüksək Liqa: “Azərreyl” yarımfinalın ilk görüşündə MOİK-i məğlub edib

Bakı, 15 aprel, AZƏRTAC

Bu gün kişi voleybolçuların Yüksək Liqasında yarımfinal mərhələsinin ilk görüşü baş tutub.
AZƏRTAC xəbər verir ki, “Azərreyl” Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində MOİK-lə üz-üzə gəlib. Görüş “dəmiryolçular”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında cavab qarşılaşması aprelin 17-si saat 15:00-da keçiriləcək.
Qeyd edək ki, aprelin 16-da yarımfinalın digər görüşü “Murov Az Terminal” və “Neftçi” komandaları arasında oynanılacaq.

İdman 2024-04-15 17:11:00